"Napoli" "Real"a 50 milyon avro ödəməyə hazırdır

15:57 - 27 Dekabr 2025

İtaliyanın “Napoli” klubu “Real”ın futbolçusu Franko Mastantuononu transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

Neapol təmsilçisi 18 yaşlı vinger üçün “kral klubu”na 50 milyon avro təklif etməyə hazırdır. Lakin hazırda “Real”ın rəhbərliyi istedadlı oyunçusunu satmağa razı deyil. Madrid klubunda argentinalı futbolçunun inkişafına inanırlar.

Mastantuononun La Liqa nəhəngi mövcud müqaviləsi 30 iyun 2031-ci ilədək qüvvədədir. “Transfermarkt” portalı onun transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Argentina millisinin üzvü olan Franko Mastantuono bu mövsüm “Real”ın heyətində 13 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Xəbər xətti