"Neftçi"nin futbolçusu Andrey Ştoqrin Misli Premyer Liqası üçün PFL-ə sifariş olunmayıb. "Ağ-qaralar"ın yeni baş məşqçisi Yuri Vernidubun həmyerlisini komandada saxlayacağı ilə bağlı məsələ gündəmə gəlib. 59 yaşlı mütəxəssis mətbuat konfransının birində Ştoqrini Ukraynadan tanıdığını bildirib.
27 yaşlı vingerin durumu ilə bağlı Bakı təmsilçisinin mövqeyini öyrəndik. Klubun mətbuat xidmətinin Sportal.az saytına verdiyi açıqlama belədir:
"Hazırda Andrey Ştoqrinin sifariş ərizəsinə daxil edilməsi gündəmdə deyil. Baş məşqçi yeni gəlib. Qısa bir vaxtda komandanın yanında oldu. Daha sonra qış fasiləsi başladı. Yanvarın əvvəlində toplanış başlayacaq. İki həftəlik hazırlıq prosesindən sonra məsələyə aydınlıq gələ bilər".
Qeyd edək ki, "Neftçi" Andrey Ştoqrini 2024-cü ilin yayında "Çornomorets"dən transfer edib.
saytlarin hazirlanmasi
