I Liqanın bombardiri Premyer Liqa klublarının hədəfində - SON DƏQİQƏ

16:57 - 27 Dekabr 2025

MOİK-in hücumçusu Seyxan Fərəcov karyerasını Premyer Liqada davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, 24 yaşlı forvard iki klubun hədəfindədir.

"İmişli" və "Karvan-Yevlax" Fərəcovu yanvar ayında heyətinə qatmağa çalışır.

Lakin MOİK-in aparıcı oyunçusunu mövsümün ortasında buraxmaq fikri yoxdur. Futbolçunun I Liqa klubu ilə müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, Seyxan Fərəcov bu ilin yayından MOİK-də çıxış edir. O, 11 qolla I Liqanın bombardiridir.

Xəbər xətti