Filipe Luislə yeni müqavilə imzalandı

18:14 - 29 Dekabr 2025

Braziliyanın “Flamenqo” klubu baş məşqçi Filipe Luislə müqavilənin uzadıldığını rəsmi şəkildə elan edib.

Sportal.az xəbər verir ki, yeni razılaşma 2027-ci ilin dekabr ayının sonunadək qüvvədə olacaq.

40 yaşlı mütəxəssis komandaya 2024-cü ilin sentyabr ayından rəhbərlik edir. "Qırmızı-qaralar" onun rəhbərliyi altında bütün turnirlərdə ümumilikdə 88 oyun keçirib, 57 qələbə qazanıb, 20 dəfə heç-heçə edib və 11 məğlubiyyətlə üzləşib.

"Flamenqo" Luisin rəhbərlik etdiyi dövrdə Braziliya çempionatı, Braziliya Kuboku və Libertadores Kubokunu qazanaraq Cənubi Amerikanın ən güclü kollektivlərindən biri statusunu möhkəmləndirib.

Xəbər xətti