"Mançester Yunayted" Mali millisinin forvardı ilə danışıqlar aparır

19:22 - 28 Dekabr 2025

"Mançester Yunayted” Mali milli komandasının və “Oser”in hücumçusu Lassina Sinayoko, həmçinin komandası ilə danışıqlar aparır.

Sportal.az “Africafoot”a istinadən xəbər verir ki, danışıqlar müsbətə doğru gedir və "qırmızı şeytanlar" yayda "Oser"lə müqaviləsi başa çatacaq 26 yaşlı forvard üçün qış “transfer pəncərəsi” zamanı razılığa gəlməyə ümid edir. Hazırda Sinayoko ilə illik 3 milyon avro maaş məsələsi müzakirə olunur.

Sinayoko bu mövsüm Fransa Liqa 1-də 16 matçda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, onun bazar dəyəri 7 milyon avrodur.

“Oser”in yetirməsi olan Lassine 2019-cu ildən əsas komandanın formasını geyinir. 
 

Xəbər xətti