Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən "Qarabağ" bu gün ilk hazırlıq matçını keçirib.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu bu gün Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə qarşılaşıb. Matç Qurban Qurbanovun yetirmələrinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam təmsilçisinin heyətində Marko Yankoviç dubl edib. Digər qolları isə Leandro Andrade, Joni Montiel və Nəriman Axundzadə vurub.
Qeyd edək ki, "Qarabağ" Antalyada daha bir yoxlama oyunu keçirəcək. Komanda Polşanın "Zaqlebie" klubu ilə görüşdə qüvvəsini sınayacaq.
saytlarin hazirlanmasi
