Almaniya millisinin futbolçusu "Fənərbaxça"ya keçə bilər

14:17 - 12 Yanvar 2026

“Fənərbaxça” mövsümün sonunda heyətini gücləndirməyi planlaşdırır.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Türkiyə nəhəngi “Bavariya” və Almaniya millisinin üzvü Leon Qoretzkanı heyətinə qatmaq istəyir.

30 yaşlı yarımmüdafiəçinin Münhen təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Qoretzka “Bohum” və “Şalke”də oynadıqdan sonra 2018-ci ildə “Bavariya”ya keçib.
 

Xəbər xətti