İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli gələcəkdə məşqçilik karyerasını nəzərdən keçirib-keçirmədiyi barədə danışıb.
Sportal.az xəbər verir ki, “La Gazzetta dello Sport”a açıqlama verən təcrübəli futbolçu hələ ki bu haqda düşündüyünü bildirib:
"Futbolçu karyeramı bitirdikdən sonra məşqçilik olmaq? Yaşlandıqca bu barədə düşünürəm. Amma məşqçi olduğum zaman özüm kimi xarakterə malik futbolçu ilə qarşılaşsam... O zaman nə edərdim? Bilmirəm. Karyeramı başa vurduqdan sonra daha dəqiq qərar verəcəm".
Xatırladaq ki, 35 yaşlı hücumçu hazırda BƏƏ aşağı liqasında yarışan “Əl-İttifaq”la(Dubay) müqavilə imzalayıb. O, son olaraq “Cenoa”da çıxış etmişdi.
