"Fiorentina" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "bönövşəyilər" "Atalanta"dan Marko Breşianinini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya millisinin üzvü yaya qədər "Fiorentina"nın uğurları üçün tər tökəcək.
Qeyd edək ki, Marko Breşianini 2024-cü ilin yayından "Atalanta"da çıxış edir. 25 yaşlı futbolçu bu mövsüm Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
