Dembele PSJ-nin təklifini rədd etdi - daha yüksək məbləğ istəyir

01:01 - 10 Yanvar 2026

PSJ hücumçu Usman Dembeləyə yeni müqavilə təklif edib.

Sportal.az "Foot Mercato"ya istinadən xəbər verir ki, Paris klubu illik 30 milyon avro maaş təklif edib. Lakin bu təklif rədd edilib, çünki futbolçunun ətrafındakı şəxslər iki dəfə daha yüksək məbləğ tələb edir.

Hazırda tərəflər 2028-ci ilin yayına qədər qüvvədə olan müqavilənin uzadılması barədə razılığa gəlməkdən uzaqdadırlar.

Xəbər xətti