"Sabah" hücumçusu ilə yollarını ayırdı - RƏSMİ

14:16 - 8 Yanvar 2026

“Sabah” hücumçu Neqoş Kupusoviçlə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, serbiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Neqoş 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 29 oyun keçirib.

Klub Neqoş Kupusoviçə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər xətti