“Şəfa” heyətini gücləndirməyə çalışır.
Sportal.az saytına verilən məlumata görə, Premyer Liqaya iddialı olan paytaxt təmsilçisi “Şahdağ Qusar”ın hücumçusu Ruslan Voronsovla müqavilə imzalamaq istəyir.
Amma bu, heç də asan olmayacaq. Çünki Voronsov “Səbail”, “Baku Sportinq” və “Mingəçevir”in də transfer siyahısında yer alır.
“Şəfa” Voronsovla yanaşı, “İmişli”nin hücumçusu İbrahim Əliyevlə də maraqlanır.
Premyer Liqa klubundan dünən ayrılmış Əliyevin qış fasiləsindən sonra paytaxt klubunda oynamaq ehtimalı az deyil.
