"Mançester Siti"dən "Qalatasaray"a

12:34 - 8 Yanvar 2026

"Mançester Siti"nin futbolçusu Bernardo Silva "Qalatasaray"a keçə bilər.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi mövsümün sonunda Mançester klubunu tərk etməyi planlaşdırır.

31 yaşlı yarımmüdafiəçini azad agent kimi "Qalatasaray"a keçməyi düşünür.

Amma bunun üçün Türkiyə klubu onun istədiyi maaşı təklif etməlidir.

Hazırda tərəflər arasında danışıqlar gedir.

Bernardo bu mövsüm 27 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər xətti