Semenyo "Mançester Siti" üçün gəlir

22:11 - 6 Yanvar 2026

"Bornmut"un vingeri Antuan Semenyo cümə axşamı "Mançester Siti" üçün tibbi müayinədən keçəcək.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, transfer rəsmi olaraq "Bornmut"un Premyer Liqanın  21-ci turu çərçivəsində sabah "Tottenhem"ə qarşı keçirəcəyi oyundan sonra rəsmiləşdiriləcək.

Daha əvvəl bildirilmişdi ki, Semenyonun "Mançester Siti"yə transferinin məbləği 65 milyon funt təşkil edəcək, futbolçunun həftəlik maaşı isə 150 min funt olacaq.

Qeyd edək ki, cari mövsümdə Semenyo 19 oyunda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər xətti