“Şamaxı” qış təlim-məşq toplanışı zamanı iki yoxlama oyunu keçirəcək.
Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi yanvarın 11-i “Bank Respublika Arena”da “Sabah”la, yanvarın 17-si “Liv Bona Dea Arena”da U-21 millimizlə qarşılaşacaq. Hər iki qarşılaşma saat 16:00-da start götürəcək.
saytlarin hazirlanmasi
