"Qarabağ"dakı və milli komandamızdakı çıxışları ilə azarkeşlərin rəğbətini qazanan Qara Qarayev karyerasını bitirməyə yaxındır.
Sportal.az saytının əldə etdiyi məlumata görə, tanınmış futbolçumuza Premyer Liqanın bir neçə klubundan təklif var. Lakin "Araz-Naxçıvan"dan ayrılan Qarayev tərəddüd edir. O, futbolçu həyatına son verməyi düşünür.
Qara Qarayevlə bağlı daha bir məlumat ondan ibarətdir ki, karyerasını bitirəcəyi halda, məşqçilik kurslarına qatılmağı və gələcəkdə məhz bu istiqamətdə çalışmağı düşünür.
saytlarin hazirlanmasi
