"Strasbur" "Çelsi"nin baş məşqçisi postuna təyin olunan Liam Rozenyerə əzələyici tapıb.
Sportal.az xəbər verir ki, Fransa klubu Qari O’Nillə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflər əməkdaşlığın bütün şərtləri ilə bağlı tam razılığa gəliblər. 42 yaşlı çalışdırıcı Elzas təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayacaq. Rəsmi açıqlamanın yaxın vaxtlarda verilməsi planlaşdırılır.
O’Nilin təyinatı həm “Çelsi”yə, həm də “Strasbur”a sahib olan "BlueCo" şirkətinin Fransada ingiltərəli məşqçilərin çalışması strategiyasına uyğun gəlir. Qari O’Nil Premyer Liqadakı fəaliyyəti ilə tanınır. Mütəxəssis “Bornmut” və “Vulverhempton” klublarını çalışdırıb.
saytlarin hazirlanmasi
