"Zirə" Xorvatiya klubunun futbolçusunu icarəyə götürdü

10:33 - 6 Yanvar 2026

"Zirə" heyətini gücləndirib.

Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi "Varajdin"in futbolçusu Rüfət Abdullazadə ilə anlaşıb.

Rəşad Sadıqov millimizin də üzvü olan futbolçunu sərəncamında görmək istəyib.

Tərəflər icarə müqaviləsində razılığa gəlib və "Varajdin" Abdullazadəni yarım mövsümlük "Zirə"də oynamasına icazə verib.

24 yaşlı futbolçunun Xorvatiya klubu ilə müqavilə müddəti 2028-ci il mayın 31-nə qədərdir. Əlavə edək ki, Rüfətin adı daha çox "Kəpəz"lə hallanırdı.

Xəbər xətti