"Turan Tovuz" Aleks Souzanın transferi ilə bağlı Yaponiyanın “Kyoto” klubu ilə razılıq əldə edib.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı hücumçu tibbi müayinədən keçdikdən sonra Yaponiya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Aleks Souza 2024-cü ilin yanvar ayından "Turan Tovuz"da çıxış edirdi. 24 yaşlı forvard Qərb bölgəsi təmsilçisinin heyətində meydana çıxdığı 69 rəsmi matçda 20 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
