"Barselona" İspaniya Superkubokunun yarımfinalında "Atletik"ə qalib gəlib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi rəqibini 5:0 məğlub edib.
Səudiyyə Ərəbistanında keçirilən turnirdə digər finalçı isə bu gün dəqiqləşəcək. "Real" "Atletik"(Madrid) komandası ilə üz-üzə gələcək.
Final görüşü yanvarın 11-də keçiriləcək.
"Barselona" - "Atletik"(Bilbao) 5:0
Qollar:Ferran Torres 22, Fermin Lopes 30, Runi Bardqi 34, Rafinya 38, 52
saytlarin hazirlanmasi
