Baş məşqçi yeni transfer edilən futbolçunu tanımır

18:21 - 9 Yanvar 2026

"Latsio" "Zaltsburq"dan serbiyalı hücumçu Petar Ratkovu 13 milyon avroya transfer edib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisinin baş məşqçisi Mauritsio Sarrı 22 yaşlı forvard haqda danışıb. İtaliyalı mütəxəssis futbolçunu tanımadığını bildirib:

"Ratkovu tanımıram və onun haqda nə deyəcəyimi bilmirəm. Avstriya Bundesliqasını izləməyə vaxtım olmayıb. Amma futbolçunun güclü və zəif tərəflərini öyrənib ondan necə faydalana biləcəyimizi öyrənməyə çalışacağam. Petarın transferi klubun qərarıdır. Yəqin ki, onu məndən yaxşı tanıyırlar".

Qeyd edək ki, Petar Ratkov mövsümün ilk yarısında "Zaltsburq"un heyətində meydana çıxdığı 29 rəsmi matçda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti