"Mançester Yunayted"in əfsanəsi: "Liverpul" İngiltərənin çox pis çempionudur"

14:51 - 9 Yanvar 2026

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Roy Kin “Liverpul”un İngiltərə Premyer Liqasında bu mövsümkü çıxışını şərh edib.

Sportal.az “Daily Mail”ə istinadən xəbər verir ki, o, Mersisayd klubunun hazırda 35 xalla Premyer Liqada 4-cü pillədə qərarlaşmasını geriləmə adlandırıb:

“Onlar çox pis çempiondurlar. Böyük klublarda oynayıb titul qazananda hər şey həmişə növbəti mövsüm nə etməyinizdən asılıdır. Mersisaydlılar dörd-beş il əvvəl titul qazananda yenə də növbəti mövsümdən çox geridə idilər. Bunun səbəbləri var: zədələr və heyət dəyişiklikləri. Amma fərq çox böyükdür. Onlar ötən mövsüm göstərdikləri nəticədən 14 xal geridədirlər, bu, ciddi geriləmədir”.

"Mançester Yunayted"in əfsanəsi sayılan Kin "Kob Ramblers", "Nottingem Forest" və "Seltik"də oynayıb. O, 1993-2005-ci illərdə "qırmızı şeytanlar"ın heyətində 326 matça çıxıb və 33 qol vurub.

Xəbər xətti