"Sabah”ın Umarali Raxmonaliyevi transfer etdiyi barədə xəbər vermişdik. Masazır təmsilçisi özbək oyunçunun transfer hüququna yiyələnib.
Sportal.az saytına verilən məlumata görə, Premyer Liqanın lideri “transfermarkt” portalının iddia etdiyi kimi, 400 min avro ödəməyib.
“Sabah” Umaralinin keçidi üçün Rusiya klubuna 300 min avro civarında (təxminən 500.000 manat) ödəniş edib.
Qeyd edək ki, Raxmonaliyev “Sabah”la üç illik yeni müqavilə imzalayıb. 22 yaşlı yarımmüdafiəçi “Sabah” və “Rubin”dən savayı “Bunyodkor”da da çıxış edib.
