“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos komandanı tərk edə bilər.
Sportal.az saytına verilən məlumata görə, beninli yarımmüdafiəçiyə Yunanıstan, BƏƏ, İsrail klublarından təkliflər var.
Santosun komandanı bu qış, yoxsa mövsümün sonunda tərk edəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.
29 yaşlı futbolçunun “Araz-Naxçıvan”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, “Ankaran”, “Maribor”(hər ikisi Sloveniya), “Keşlə”(indiki “Şamaxı”), “Qəbələ” və “Hapoel”(Hayfa, İsrail) klublarının formasını geyinib.
