"Qarabağ" Türkiyəyə getdi - FOTOLAR

16:17 - 10 Yanvar 2026

"Qarabağ" qış təlim məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yola düşüb.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionunun hazırlıq prosesi Antalya şəhərində baş tutacaq.

Ağdam təmsilçisinin Türkiyə toplanışı ayın 17-dək davam edəcək. "Qarabağ" burada yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə, yanvarın 16-da isə Polşa təmsilçisi “Zaqlebie Lubin”lə yoxlama oyunlarında qüvvəsini sınayacaq.


Xəbər xətti