Braziliya millisinin üzvü İtaliya klubuna keçir

17:06 - 12 Yanvar 2026

"Əl-Nəsr"in qapıçısı Bento karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Cenoa" braziliyalı qolkiperin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İtaliya klubu Bentonu mövsümün sonuna kimi icarəyə götürəcək. Artıq klublar arasında razılıq əldə olunub. "Cenoa" 9 milyon avro ödəməklə 26 yaşlı "əlcək sahibi"nin tranfer hüuquna yiyələnə bilər.

Qeyd edək ki, "Əl-Nəsr" Bentonu 2024-cü ilin yayında "Atletiko Paranaense"dən 18 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində 10 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti