"Futbolçularım döyüşdülər, qələbə üçün hər şeyi etdilər" - Demçenko

19:45 - 15 Fevral 2026

"Yaxşı oynadıq və istədiyimiz üç xalı qazandıq. Futbolçularım döyüşürdülər, qələbə üçün hər şeyi etdilər. Görmək istədiklərimizi gördük, futbolçuların istəyi var idi. Öyrənməli olduğumuz nüanslar var ki, işləməliyik. Futbolçulara da təşəkkürümü etdim. Aydın idi ki, hamı bu gün can yandırırdı".

Sportal.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 20-ci turunun “Sumqayıt”la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. 

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Sizin üçün daha önəmli olan bir qələbə ilə futbolçuların psixolojini durumunu düzəldəsiz, yoxsa istənilən halda oyun sisteminizi qəbullandırmaq üçün zamana daha çox ehtiyacınız var?

- Biz sistem üzərində çalışırıq. Vacib olan odur ki, futbolçularda istəyi gördük. Futbolçuların hamısı motivasiyalıdır, özgüvənləri yerindədir.

Mirbağırağa

Xəbər xətti