Patris Evra idmançılara dərman tərkibli ağrıkəsicilərdən istifadə etməməyə çağırıb.
Sportal.az xəbər verir ki, keçmiş “Mançester Yunayted”, “Yuventus” və Fransa millisinin müdafiəçisi daha əvvəl KURK adlı mikelyar kurkumin istehsalçısına investisiya etdiyini açıqlamışdı. Bu, ağrı və iltihabı azaltmaq üçün bitki mənşəli alternativdir və Evra özü də ondan istifadə etdiyini bildirib.
Evra qeyd edib ki, 800-dən çox oyundan ibarət karyerası ərzində cəmi təxminən yeddi matçda ağrı hiss etməyib. O vurğulayıb ki, 2014-cü ildə “Yuventus”da çıxış edərkən aşkarlanan və ağrıkəsicilərin qəbulu fonunda yaranan xora ilə hələ də mübarizə aparır.
“Bir çox idmançı bundan keçib, futbolda necə təzyiq olduğunu bilirsiniz. Azarkeşlər sənin niyə oynamadığını bilmirlər və mədə problemin varsa, səni zəif hesab edirlər.
Mən gələcək idmançıları qorumaq istəyirəm. Ağrıkəsicilər qəbul etməyin, çünki sonda bunun bədəlini ödəyəcəksiniz”, – deyə Evra bildirib.
saytlarin hazirlanmasi
