Vinisiusdan gələcəyi ilə bağlı açıqlama

15:51 - 6 Aprel 2026

"Real"la müqaviləsi 2027-ci ilin yayında başa çatan Vinisius Junior gələcəyi ilə bağlı danışıb.

Sportal.az xəbər verir ki, İspaniya mətbuatına açıqlama verən braziliyalı vinger uzun illər madrid klubunda qalmaq istədiyini deyib:

"Yeni müqavilə vaxtı çatanda imzalanacaq. "Real"da uzun illər qalmaq istəyirəm. Bu mövzuda çox rahatam, klub prezidentinə inanıram. Madridə gələndə uşaq idim. Hər klubda olduğu kimi burada da enişlər və yüksəlişlər olur. Xəyallarımın klubunda çox şey öyrəndim və böyüdüm. Klub prezidenti Florentino Pereslə yaşı münasibərim var. Ümid edirəm yaxın vaxtlarda razılıq əldə edərik və arzularımın klubunda qalmağa davam edərəm".

Qeyd edək ki, "Real" Vinisiusu 2018-ci ilin yayında "Flamenqo"dan 45 miylon avroya transfer edib. 25 yaşlı futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 44 rəsmi matçda 17 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti