Tanzaniya millisinin üzvü, “Şamaxı”nın da futbolçusu olan Alfons Msanqa Sportal.az saytına açıqlama verib.
Bu ay keçirilmiş “FİFA seriyası-2026” beynəlxalq turnirində Lixtenşteynlə görüşdə meydana çıxmış Msanqa Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibi haqda fikirlərini bildirib:
“Lixtenşteyn Azərbaycan millisindən güclü deyil. Bəli, bu iki milli komandanı da görmüşəm. Doğrudur, Azərbaycana qarşı oynamamışam, amma tanıyıram. Ümidvaram ki, Azərbaycan Lixtenşteynlə oyunlarda qalib gələcək. Amma Azərbaycan Lixtenşteynə qarşı diqqətli oynamalıdır. Çünki Lixtenşteyn komandasının bütün oyunçuları öz mövqelərində oturur, dərhal əks-hücuma qaçırlar. Azərbaycan milli komandası öz qol şanslarından istifadə edərsə, ümidvaram ki, onlara daha çox qol vuracaq. Doğrudur, biz Lixtenşteynə uduzduq. Lakin bu görüşdə biz ilk dəqiqədən sona qədər hücum etdik, saysız-hesabsız qol epizodlarımız oldu. Amma imkanlardan yararlana bilmədik deyə, sonda da uduzduq”.
Qeyd edək ki, Tanzaniya millisi "FİFA Seriyası-2026" turnirində Lixtenşteynə 0:1 uduzub. Əlavə edək ki, Azərbaycan millisi Millətlər Liqasının D divizionunda Litva və Lixtenşteynlə eyni qrupda mübarizə aparacaq. Tanzaniya millisi
Mirbağırağa
saytlarin hazirlanmasi
