Bu gün AFFA Gənclər Liqasında "Qarabağ" "Sabah"ın qonağı olub.
Sportal.az saytına verilən məlumata görə, Azərbaycanın U-20 yığma komandasının baş məşqçisi Rui Jorje "Bayıl Arena"da keçirilmiş görüşü stadiondan canlı izləyib. Matç "Qarabağ"ın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş məşqçinin əsas məqsədi Gənclər Liqasında çıxış edən futbolçuların performansını yaxından dəyərləndirmək olub. Rui Jorge və köməkçiləri matç boyunca hər iki komandanın oyunçularını diqqətlə izləyərək potensial namizədləri müəyyən etməyə çalışıb.
Qeyd edək ki, U-20 yığmasına yeni təyin olunan mütəxəssisin bu addımı gələcəkdə milli komandaya cəlb oluna biləcək gənc futbolçuların seçimi baxımından mühüm əhəmiyyət daşıyır.
Əlavə edək ki, AFFA 53 yaşlı mütəxəssislə 1,7 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi
