PSV-nin futbolçusu Esmir Bayraktareviç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Milan" bosniya və herseqovinalı vingerin xidmətində maraqlıdır. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
"Rossoneri" Bayraktareviçi bir neçə aydır yaxından izləyir. A Seriyası nəhəngi yayda 21 yaşlı oyunçu üçün hərəkətə keçməyi planlaşdırır.
Qeyd edək ki, PSV Esmir Bayraktareviçi 2025-ci ilin yanvarında ABŞ-nin "Nyu-İnqlend Revolyuşn" klubundan 3 milyon avroya transfer edib. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
