Artena ilə Fernandeş ən yaxşı seçildilər

18:38 - 3 Aprel 2026

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşıları açıqlanıb.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted"in kapitanı Bruno Fernandeş ayın oyunçusu seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı hücumameyilli yarımmüdafiəçi ötən ay Premyer Liqada meydana çıxdığı 4 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

Ayın məşqçisi adına isə "Arsenal"ı çalışdıran Mikel Artela layiq görülüb. London təmsilçisi martda İngiltərə çempionatında keçirdiyi 4 oyunun hamısında qalib gəlib.


Xəbər xətti