"Barselona"nın futbolçusu Rafinya Braziliya millisinin Fransa ilə keçirdiyi yoldaşlıq oyununda (1:3) zədələnib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti Xoan Laporta sıx qrafikə görə FIFA-nı tənqid edib:
“Rafinhanın zədəsi təəssüf doğurur. FIFA təqvimini bu futbolçuların böyük klublarda oynadığını nəzərə alaraq tərtib etməlidir. Yoldaşlıq oyunudur və komandanın ən yaxşı oyunçularından biri zədə alıb. Əlbəttə ki, bu, yaxşı hal deyil. Futbolçuları günahlandırmaq olmaz. Onlar peşəkardırlar və ölkələri üçün əllərindən gələni edirlər. Problem hər şey üçün oynadığımız bir vaxtda sıx qrafikdədir. Bu, qəzəbləndiricidir!"
Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 31 rəsmi matçda 19 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
