İranlı futbolçular müharibədə həlak olan uşaqları yad etdilər - FOTO

19:34 - 31 Mart 2026

İran milli komandası Kosta Rika ilə keçirilən yoldaşlıq oyununda ABŞ və İsraillə müharibədə həlak olan uşaqların xatirəsini yad ediblər.

Sportal.az xəbər verir ki, futbolçular matçdan əvvəl əllərində uşaqların fotolarını tutublar.

Qarşılaşmanı FIFA prezidenti Canni İnfantino da izləyib. Ali futbol qurumunun rəhbəri İran yığmasının ABŞ, Kanada və Meksikada keçiriləcək dünye çempionatında iştirak edəcəyini təsdiqləyib.

Qeyd edək ki, oyun Kosta Rikanın 5:0 hesablı qələbəsi ilə başa çatıb.


Xəbər xətti