"Mançester Yunayted" müqaviləsi mövsümün sonunda başa çatan Harri Maquayrla bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi ingiltərəli müdafiəçini komandada saxlayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq maquayrla razılıq əldə olunub. Klub yaxın günlərdə 32 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik yeni sözləşmə imzalayacaq.
Qeyd edək ki, "Mançester Yunayted" Harri Maquayrı 2019-cu ilin yayında "Lester Siti"dən 87 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
