"Qalatasaray" yayda heyətini isveçrəli futbolçu ilə gücləndirməyə çalışacaq.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət Qranit Cakadan gedir.
Türkiyə çempionunun baş məşqçisi Okan Buruk yarımmüdafiənin mərkəzini məhz Caka ilə gücləndirilməsini rəhbərlikdən istəyib.
"Sanderlend"in formasını geyinən 33 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
İngilislərin İsveçrə millisinin üzvü üçün 10 milyon avro təzminatı tələb edəcəyi ehtimal olunur. “Qalatasaray” belə olacağı təqdirdə, Cakanı icarəyəgötürməyə çalışacaq.
Təcrübəli futbolçu “Bazel”, “Borussiya”(Münhenqladbax), “Arsenal”, “Bayer”(Leverkuzen) klublarında oynayıb.
saytlarin hazirlanmasi
