"Tirana"nın baş məşqçisi Orges Şehi Sportal.az saytına açıqlama verib.
O, komandasının əsas forvardı, "Qarabağ"ın sabiq üzvü Redon Cica haqda fikirlərini bildirib.
Şehinin fikrincə, 27 yaşlı hücumçu Ağdam klubunda adaptasiyanı keçə bilməyib:
"Cicanın keyfiyyətli və səviyyəli hücumçu olduğunu hamımız bilirik. "Qarabağ"da olduğu dövrdə nə yaşadıqlarını bilmirəm. Bu haqda danışmamışıq da. Lakin mənə elə gəlir ki, Cica adaptasiya ola bilmədi. Hər halda, indi Cica yenə də qollarını vurur və komandasının aparıcı üzvüdür. Zədəsi olsa da, geri dönüş edib. İnanırıq ki, o, daha da çoxunu verəcək".
Qeyd edək ki, "Qarabağ" 2025-ci il yanvar ayında Cica ilə 1,6 illik müqavilə imzalamışdı. Ötən ilin yayında isə alban forvard Əlcəzairin "Beluizdad" klubuna transfer olmuşdu.
Mirbağırağa
