"Gələcəyimi mütləq "Arsenal" və Londonda görürəm" - Almaniya millisinin forvardı

16:47 - 29 Mart 2026

"Arsenal" və Almaniya millisinin hücumçusu Kay Havertz İngiltərə klubundakı gələcəyi barədə danışıb.

Sportal.az "ESPN"ə istinadən xəbər verir ki, alman forvard London klubunda qalacağına işarə vurub:

"Düzünü desəm, "Arsenal"dan ayrıla biləcəyimlə bağlı heç nə eşitməmişəm. Bu klubda özümü evdəki kimi hiss edirəm. Düşünürəm ki, komandadakı hər kəs məndən razıdır. Bəli, mənim üçün çətin mövsüm alındı. Amma gələcəyimi mütləq "Arsenal" və Londonda görürəm".

26 yaşlı futbolçunun “Arsenal”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, “Bayer”(Leverkuzen) və “Çelsi”də də çıxış edib.
 

Xəbər xətti