Millinin yeni rekordçusu bəlli oldu - "FIFA Series" turnirində fərqləndi

19:48 - 29 Mart 2026

Özbəkistan milli komandasının hücumçusu Eldor Şomurodov yığmanın rekordçusu olub. 

Sportal.az xəbər verir ki, o, rekordu qolların sayına görə qazanıb.

Belə ki, Şomurodov millinin heyətində vurduğu qolların sayını 44-ə çatdırıb. Forvard “FIFA Series” turnirində Qabonla görüşdə fərqlənib. Həmin matç isə Özbəkistanın 3:1 hesablı qalibiyyəti ilə başa çatıb. 

30 yaşlı hücumçu millidə 89 oyuna çıxıb. Şomurodovdan sonra isə ikinci ən çox qol vuran futbolçu Maksim Şatskixdir.
 

Xəbər xətti