Jose Mourinyo Portuqaliya millisinin yoldaşlıq görüşü çərçivəsində Meksika millisi ilə 0:0 heç-heçə etdiyi oyundan sonra Kriştiano Ronaldo barədə danışıb.
Sportal.az xəbər verir ki, o bildirib ki, Ronaldo olmadan Portuqaliya daha zəif görünür:
“Ronaldosuz Portuqaliya adi bir komandadır. İnsanlar onun çağırılmamasını istəyirlər, amma bu gün o oynamadı və nəticəni gördünüz. Hücum təhlükəsi yox idi, rəqibdə qorxu yox idi, sadəcə Meksikanın təzyiqi altında qalan bir komanda idi.
Ronaldo meydanda olanda rəqib iki dəfə düşünür. O olmayanda isə ümumiyyətlə düşünmürlər.”
saytlarin hazirlanmasi
