Özbəkistan milli komandası Özbəkistan “FIFA Series-2026” turnirində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, Fabio Kannavaronun rəhbərlik etdiyi kollektiv Venesuela ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (5:4) olan özbəklər qələbə qazanıblar.
Özbəkistan millisinə dəvət alan "Sabah"ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev bu matçda iştirak etməyib. 22 yaşlı futbolçu sona qədər ehtiyatda qalıb.
saytlarin hazirlanmasi
