"Milan" "Qalatasaray"ın futbolçusunu transfer etmək istəyir

18:25 - 31 Mart 2026

"Qalatasaray"ın "Udineze"yə icarəyə verdiyi Nikolo Zanyolo İtaliyada qala bilər.

Sportal.az xəbər verir ki, "Milan" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

"Rossoneri"nin baş məşqçisi Massimiliano Alleqri Zanyolonun oyununu bəyənir və onu komandasında görmək istəyir. Eyni zamanda, "Udineze" də 26 yaşlı futbolçu üçün 10 milyon avroluq satınalma bəndini işə salmağı planlaşdırır.

Qeyd edək ki, "Udineze" Nikolo Zanyolonu mövsümün əvvəlində icarəyə götürüb. İtaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti