"Milan"ın əfsanəsi: "Ançelotti hamının ayağa qalxmasını istədi"

11:34 - 1 Aprel 2026

Braziliya millisinin keçmiş hücumçusu Aleşandre Pato "Milan"dakı xatirələrini bölüşüb.

Sportal.az xəbər verir ki, "The Athletic"ə açıqlama verən braziliyalı veteran futbolçu İtaliya klubundakı əfsanələri də xatırlayıb:

"Paltardəyişmə otağında Paolo Maldini sağımda oturmuşdu və qarşımda Kaka ilə Ronaldonu gördüm. İlk günüm idi. Əfsanələrdən ibarət komandanın içindəydim. Amma hələ otağa ilk daxil olduğum anı xatırlayıram. Karlo Ançelotti hamının ayağa qalxmasını istədi və bütün oyunçular məni ayrı-ayrı qarşılamağa gəldi. Sonra öz-özümə dedim ki, "əsl hörmət belə olurmuş". Dünyanın ən yaxşı oyunçusu ola bilərsən, amma yenə də təvazökar qalmalısan. Ətrafındakılara hörmət etməlisən. “Milan”da hər şey yalnız futbolla bağlı deyildi, biz bir ailə idik. Buna görə də bu komanda hər şeyi qazandı. Məşqə çıxıb hər kəsin nə qədər çalışdığını görəndə dərhal düşündün ki, “qətiyyən geri qala bilmərəm”.

Pato “Milan”ın heyətində(2007-2013) İtaliya çempionluğu və İtaliya Super Kubokunu qazanıb.

Xəbər xətti