Türkiyə milli komandası pley-off finalında səfərdə Kosovonu 1:0 hesabı ilə məğlub edərək dünya çempionatına vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın baş məşqçisi Vinçentso Montella matçdan sonra açıqlama verib. İtaliyalı mütəxəssis xoşbəxt olduğunu bildirib:
"Türkiyəni həm Avropa çempionatına, həm də dünya çempionatına aparan ilk əcnəbi baş məşqçi oldum. İnanılmaz dərəcədə qürurluyam. Futbolçular əllərindən gələn hər şeyi etdilər. Dünya çempionatına vəsiqə qazana bilməsəydik, bütün məsuliyyət məndə olacaqdı. Oyunçularım hər şeyi bacardılar. İndi birlikdə bu gözəl yolda davam edəcəyik. Futbol sahəsində olan hamı dünya çempionatında olmağı arzulayır. Xəyallarımıza qovuşduq, xoşbəxtik. Hisslərimi sözlərlə ifadə edə bilmirəm".
Qeyd edək ki, DÇ-2026 iyyun-iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək. Türkiyə yığması D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi
