Özbəkistanlı futbolçu ötən ayın ən yaxşı futbolçusu seçildi

00:06 - 2 Aprel 2026

"Mançester Siti" klubunun müdafiəçisi Abdukodir Xusanov mart ayının ən yaxşı oyunçusu seçilib.

Sportal.az xəbər verir ki, 22 yaşlı Özbəkistan millisinin üzvü azarkeşlərin səsverməsində Rodri və Jeremi Dokunu qabaqlayıb. Xusanov bu mükafatı ikinci dəfə qazanır. O, daha əvvəl yanvar ayında da komandanın ən yaxşısı seçilmişdi.

Ötən ay müdafiəçi bütün turnirlərdə 6 oyuna çıxıb və onların 5-də start heyətində yer alıb.

Xəbər xətti