"Fiorentina" və "Bolonya"nın sabiq qolkiperi Emiliano Viviano İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Gravinanın istefa verməməsinə təəccübləndiyini bildirib.
Sportal.az xəbər verir ki, İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib. Belə ki, yığma pley-off finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzub (1:1, penaltilər – 1:4).
“Federasiya prezidentinin istefa verməməsi mənə inanılmaz gəlir. Onun yerində olsaydım, ölkədən gedərdim. Biz ən yaxşı idman ölkələrindən biriyik. Balkan ölkələri kimi, bizdə də inanılmaz istedad var. Uğura meylliyik.
Mənim futbol oynayan uşaqlarım var. Futbol məktəblərində heç nə qurulmur və heç nə öyrədilmir, sadəcə deyirlər: ‘Bu gün uduzdum, bu gün qalib gəldim’”, – deyə Viviano "Radio Firenzeviola" efirində bildirib.
saytlarin hazirlanmasi
