Bolqarıstanın U-21 yığma komandasının kapitanı Asen Mitkov AVRO- 2027-nin seçmə mərhələsinin B qrupunun 7-ci turunda Plovdivdə Azərbaycanla qolsuz heç-heçə ilə bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, ölkəsinin “Sportal.bg” saytına danışan Mitkov yığma komandamızla görüşdəki heç-heçə barədə bunları deyib:
"Azərbaycanla oyunun son dəqiqələrində bir az şans bizimlə deyildi, ustalıq da çatışmadı. İlk hissədə sanki tələsirdik. Amma düşünürəm ki, ikinci hissədə daha yaxşı oynadıq. Düşünürəm ki, qələbəyə layiq idik. Balov və İliyev, eləcə də komandanın liderlərindən olan Teodor İvanovun yoxluğu təsirini göstərdi".
saytlarin hazirlanmasi
