"Qalatasaray"ın sabiq oyunçusu Rusiyaya yollanmaq istəyir

09:46 - 3 Aprel 2026

"Qalatasaray”ın sabiq üzvü Rusiya klubuna keçə bilər Fransa millisinin keçmiş futbolçusu, hazırda “Nitsa”da oynayan Tanquy Ndombele Rusiyaya yollanmağa hazırlaşır.

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “Spartak”ın transfer siyahısında yer alıb.

“Nitsa” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan futbolçu Moskva təmsilçisinin təklifini qəbul edib.

Son anda maliyyə şərtlərində narazılıq olmasa, Ndombele Rusiyaya yollanacaq. “Amien”, “Lion”, “Tottenhem”, “Napoli” klublarında oynamış futbolçu 2023-2024 mövsümündə “Qalatasaray”ın da formasını geyinib.

Xəbər xətti