Mançini yenidən İtaliya millisinə qayıda bilər

22:03 - 2 Aprel 2026

Roberto Mançini yenidən İtaliya millisinin baş məşqçisi ola bilər.

Sportal.az xəbər verir ki, hazırda Qətərin "Əl Sədd"  klubunu çalışdıran mütəxəssisin geri dönüşü mümkündür. Gözlənilir ki, Cennaro Qattuso Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlubiyyətdən sonra və İtaliyanın ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra vəzifəsindən ayrılacaq. 61 yaşlı məşqçi bu posta əsas namizədlər arasında liderdir.

Mançini daha əvvəl də (2018–2023) İtaliya millisini çalışdırıb. Onun rəhbərliyi altında komanda 37 oyunluq məğlubiyyətsiz seriya əldə edib və Avro-2020-nin qalibi olub. Bununla yanaşı, 2022-ci ildə İtaliya pley-offda Şimali Makdeniya millisinə 0:1 hesabı ilə uduzaraq dünya çempionatına gedə bilməmişdi.

O, 2025-ci ildən Qətərdə işləyir. “Əl-Sədd”in baş məşqçisi kimi 16 oyunda 11 qələbə və 5 məğlubiyyət əldə edib, komanda isə yerli çempionatda liderdir. Onun 2028-ci ilə qədər olan müqaviləsində vaxtından əvvəl ayrılma maddəsi də var.

Xəbər xətti